Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Mədinə Gülgünün 100 illik yubileyi münasibətilə tədbir keçirilib

16.01.2026

Yanvarın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün anadan olmasının 100 illiyi münasibətilə “Şeirdi həyatda sərvətim mənim” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxana əməkdaşları Şəmsurə Nəsirova və Arzu Hüseynova Mədinə Gülgünün Azərbaycan poeziyasındakı mühüm yerindən, zəngin yaradıcılıq yolundan bəhs ediblər. Qeyd olunub ki, şairənin əsərlərində Vətənə sevgi, azadlıq ideyaları, ana məhəbbəti və humanizm əsas mövzular kimi bu gün də aktuallığını qoruyur.