17.01.2026
Yanvarın 15-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü” münasibətilə maraqlı və maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara şəhər M.Ə. Sabir adına 1 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova şagirdlərə ixtiraçılığın əhəmiyyəti, elmi biliklərə maraq və yaradıcılıq qabiliyyətlərinin inkişafı barədə məlumatlar verib. Şagirdlər “Addım sayını ölçən cihaz”, “Naqilsiz radio dalğasının yaradılması” və digər ixtiralar haqqında əyani və maraqlı təqdimatlar nümayiş etdirmişlər. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda ixtiraçılıq qabiliyyətini aşılamaq, elmi biliklərə marağı artırmaq və onların yaradıcı potensialını üzə çıxarmaq olub.