05.02.2026
Fevralın 4-də Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev, Lerik RİH başçısının müavini Habil Məlikov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, məktəb-liseyin direktoru Gültəkin Şıxəliyeva, Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov, yuxarı sinif şagirdləri və pedaqoji heyət iştirak ediblər. Çıxışlarda narkomaniya, erkən nikah və kibercinayətkarlığın fəsadları barədə ətraflı məlumat verilib, sağlam nəslin formalaşdırılmasında maarifləndirmə tədbirlərinin rolu vurğulanıb. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.