05.02.2026
Fevralın 4-də Astara rayon Heydər Əliyev Mərkəzinin və YAP Astara rayon təşkilatı birgə təşkilatçılığı ilə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşı, Astara şəhər C.Babayev adına 3 nömrəli liseyin və Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edən Mərkəzin direktoru Kübra Səmədova Əcəmi Naxçıvaninin Azərbaycan memarlığında yaratdığı yeni üslubdan, əsərlərindəki zəriflik və dinamikadan, onun irsinin ölkə memarlığı üçün əhəmiyyətindən və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu irsin təbliği baxımından vacib olmasından bəhs edib. Sonra müəllim və şagirdlərin çıxışları dinlənilib, videoçarx nümayiş olunub.