05.02.2026
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Mahmudavar kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Azərbaycan tarixinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə “Tariximizi tanıyaq, dəyərlərimizi qoruyaq” mövzusunda keçirilən marifləndirici tarix dərsində şagirdlərə Azərbaycanın zəngin tarixi irsi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərləri haqqında ətraflı məlumatlar verilib. Muzey əməkdaşları tərəfindən qədim dövrlərdən başlayaraq müasir dövrə qədər ölkəmizin keçdiyi inkişaf yolu, mühüm tarixi hadisələr və görkəmli şəxsiyyətlər haqqında geniş təqdimatda ekskursiya aparılıb.