Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Doğma torpaq” bədii filmi nümayiş olunub.

26.02.2026

Lənkəran şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş olunub. Filmdə Birinci Qarabağ müharibəsi, xüsusilə Xocalı soyqırımı hadisələri, eləcə də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə əks etdirilib. Nümayişdən sonra Xocalı faciəsinin tarixi həqiqətləri və cəmiyyətimiz üçün daşıdığı mənəvi əhəmiyyət barədə fikir mübadiləsi aparılıb. Çıxışlarda belə tədbirlərin tarixi yaddaşın yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığı vurğulanıb.