04.03.2026
Martın 3-də Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşlarının seminar-müşavirəsi keçirilib. Tədbirdə MKS-nin və kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər. MKS-nin direktoru Qənimət İsrafilova gündəlikdə duran məsələlər barədə məlumat verib, filialların fəaliyyəti və ay ərzində keçirilən tədbirlərin vəziyyəti ilə maraqlanaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb. Daha sonra Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev, Mərkəzi Kitabxananın əməkdaşları Müşahidə Nərimanova və Zaur Hüseynov çıxış ediblər. Sonda bir neçə filial müdirinin ay ərzində gördüyü işlər barədə hesabatları dinlənilib.