Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər ruhlu analar”

04.03.2026

Martın 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zəfər ruhlu analar” adlı tədbir keçirilib. Tədbirdə şəhid anaları, mədəniyyət işçiləri, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan qadınının cəmiyyətdəki rolundan, xüsusilə şəhid analarının səbir, qürur və vətənpərvərlik nümunəsindən bəhs edərək onların hər zaman ehtiramla anıldığını bildiriblər. Tədbir çərçivəsində tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, “Zəfər ruhlu analar” adlı kompozisiya təqdim ediblər. Sonda şəhid analarına təşəkkürnamələr təqdim olunub.