Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə mədəniyyət işçiləri üçün seminar-müşavirə keçirilib

04.03.2026

Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə kənd mədəniyyət evləri, və kitabxana filiallarının əməkdaşları iştirak ediblər. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Lerik rayonu üzrə nümayəndə Müqəddəs Dənziyev, Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev və Mərkəzi Kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Şəlalə Ağayeva ötən ay ərzində görülən işlər və qarşıdan duran məsələlər haqqında çıxışlar ediblər. Seminarın sonunda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafiq Feyziyev “Fəxri Fərmanla” təltif olunub.