06.03.2026
Martın 6-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, mədəniyyət müəssisələrində çalışan qadınlar iştirak edib. Çıxış edən İdarə rəisi B.Qılıncov qadınların cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və ailə institutunun möhkəmləndirilməsində əvəzsiz rol oynadıqlarını vurğulayıb. O, qeyd edib ki, Azərbaycan qadını tarix boyu öz zəkası, mərdliyi və fədakarlığı ilə xalqın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib, ölkənin tərəqqisinə mühüm töhfələr verib. İdarə rəisi bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb. Tədbirin sonunda iştirak edən qadınlara bayram münasibətilə hədiyyələr təqdim olunub.