06.03.2026
Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Dövlət Regional Kollecinin istehsalat təcrübəsi keçən tələbələri ilə görüş keçirilib. Görüşdə kitabxananın direktoru Zamin Məmmədov tələbələrlə istehsalat təcrübəsi müddətində əldə etdikləri bilik və bacarıqlar barədə söhbət aparıb. Tələbələr kitabxanada fəaliyyət göstərdikləri müddətdə kitabxana işi ilə bağlı öyrəndikləri qaydalar və qazandıqları praktiki təcrübə haqqında məlumat veriblər. Sonda kitabxananın direktoru tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, təcrübə müddətində göstərdikləri fəallığı qeyd edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.