Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Rüstəm – 120

13.03.2026

Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyi münasibətilə Lerik şəhər Valeh İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada maarifləndirici tədbir keçirilib. Kitabxana əməkdaşı şagirdlərə Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Süleyman Rüstəmin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, şair Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb, əsərlərində vətən sevgisi, insanpərvərlik, sülh və dostluq ideyalarını yüksək bədii dillə tərənnüm edib. Tədbirin sonunda şagirdlərə S. Rüstəmin əsərlərindən ibarət kitablar təqdim olunub.