13.03.2026
Masallı rayon Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi Xəqani Şirvaninin 900 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxana əməkdaşları şairin XII əsr Azərbaycan və Şərq ədəbi fikrinin ən qüdrətli nümayəndələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, onun qəsidə və qəzəlləri, xüsusilə “Töhfətül-İraqeyn” əsəri yüksək poetik sənətkarlığı və fəlsəfi dərinliyi ilə seçilir. Vurğulanıb ki, Xəqani Şirvaninin zəngin yaradıcılığı dövrünün ictimai-mədəni mühitini əks etdirməklə yanaşı, sonrakı dövrlərdə də Şərq ədəbiyyatının inkişafına mühüm təsir göstərib. Tədbir çərçivəsində şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi də təşkil olunub.