Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda maarifləndirici tədbir

13.03.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə təşkilatçı qurumların əməkdaşları və gənclər iştirak ediblər. Masallı Gənclər Evinin SXM-nin metodisti metodisti Tural Sadıqov, muzeyin direktoru Əntiqə Tağıyeva və psixoloq, təlimçi Röyalə Vüqarqızı mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda bildirilib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılması, ailə dəyərlərinin qorunması və cəmiyyətdə sağlam münasibətlərin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu istiqamətdə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə operativ və hərtərəfli dəstəyin göstərilməsi, həmçinin beynəlxalq təcrübəyə uyğun müvafiq dəstək mexanizmlərinin formalaşdırılması vacib amillərdəndir.