Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib

16.03.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyəti və rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” nə həsr olunmuş “Rayonlarda şəhərsalma mədəniyyəti: tarixi yanaşma” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların əməkdaşları, müəllimlər və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhərsalma və memarlıq sahəsində həyata keçirilən tədbirlərdən bəhs olunub, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəhər və rayonların planlı inkişafı, memarlıq irsinin qorunması və şəhərsalma ənənələrinin yaşadılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qeyd olunub ki, bu sahədə aparılan işlər yaşayış məkanlarının müasir tələblərə uyğun qurulmasına və bölgələrin davamlı inkişafına xidmət edir.