Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə “Qədimliyimizi yaşadan bayram” adlı tədbir-sərgi təşkil olunub.

17.03.2026

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Qədimliyimizi yaşadan bayram” adlı tədbir-sərgi təşkil olunub. Tədbirdə Yardımlı şəhəri M.F.Axundov adına şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Sərgidə nümayiş olunan fotolar, əl işləri və kitablar barədə şagirdlərə ətraflı məlumat verilib. Onlara həmçinin milli adət-ənənələrimizi əks etdirən Novruz bayramının tarixi və əhəmiyyəti barədə məlumat təqdim olunub. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.