07.04.2026
Aprelin 7-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəbərliyi, idarə aparatının və Lənkəran şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsi şəhidi Tural Rövşən oğlu Hümmətovun xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Tural Hümmətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Tural Hümmətov göstərdiyi igidliyə və qəhrəmanlığa görə “Vətən uğrunda” medalı ilə təltif edilib.