05.05.2026
Cəlilabad Dövlət Rəsm Qalereyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rəsm sərgisi təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlərdə Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafına verdiyi töhfələr müxtəlif bədii üslublarda əks olunub, tarixi məqamlar rəssamların işlərində peşəkarlıqla canlandırılıb. Açılışda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Fuad Əzizov çıxış edərək Heydər Əliyevin dövlətçilik, mədəniyyət və milli-mənəvi dəyərlərin qorunması sahəsindəki xidmətlərindən bəhs edib. Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olub, əsərləri maraqla qarşılayıblar. Bildirilib ki, sərgidə nümayiş olunan əsərlər Ulu Öndərin həyat və fəaliyyətinin bədii ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.