Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük şəxsiyyətin işığında” adlı tədbir keçirilib

07.05.2026

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Böyük şəxsiyyətin işığında” adlı tədbir keçirilib. Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə şəhid ailələri, təhsil işçiləri, tələbə və gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar Lənkəran şəhər 9 nömrəli körpələr evi–uşaq bağçasının vətənpərvərlik və milli ruhda hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış olublar. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onları xalqın gələcəyi və dövlətin ən böyük sərvəti kimi dəyərləndirib. Digər çıxış edənlər də Ümummilli Liderin uşaqlara göstərdiyi diqqət və qayğıdan, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında onun misilsiz xidmətlərindən bəhs ediblər. Daha sonra tədbir bədii hissə ilə davam edib.