07.05.2026
Lerik rayon Mədəniyyət Mərkəzində rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşların iştirakı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini m.i.e. Şəlalə Ağayeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ruslan Məmmədov və Uzunömürlülər Muzeyinin direktoru vəzifəsini m.i.e. Kamil Diniyev çıxış edərək “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası barədə məlumat veriblər. Çıxışlarda konsepsiya çərçivəsində milli mədəniyyətin müasir dövrlə vəhdətinin təmin olunması, mədəni irsin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin, ədəbiyyatının və incəsənətinin inkişafı, eləcə də ailə institutunun möhkəmləndirilməsi məsələlərinə toxunulub.