Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyə ekskursiya təşkil olunub

18.05.2026

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları tərəfindən oxucuların iştirakı ilə Astara Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar muzeydə qorunan qədim eksponatlar və milli-mədəni irsimizi əks etdirən tarixi nümunələrlə yaxından tanış olublar. Muzey əməkdaşları tərəfindən şagirdlərə tarixi abidələrin, milli dəyərlərin və mədəni irsin qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Təşkil olunan ekskursiya oxucular tərəfindən böyük maraqla qarşılanıb və onların tariximizə, milli-mədəni irsimizə olan marağının daha da artırılmasına töhfə verib.