15.06.2026
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Mədəniyyət işçiləri abidə önünə tər güllər düzərək, Onun əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.