Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Ordusunun şanlı Zəfər yolundan bəhs edilib

26.06.2026

İyunun 23-də Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Astara rayon mədəniyyət müəssisələrinin əməkdaşları, eləcə də bir sıra ictimai birliklərin rayon nümayəndəliklərinin üzvləri, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak ediblər. Tədbirdə çıxış edənlər 26 İyun – Silahlı Qüvvələr Gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, ölkəmizdə güclü və peşəkar ordunun formalaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənərək Vətən müharibəsində tarixi Zəfər qazanıb. Eyni zamanda Azərbaycan Ordusunun qüdrəti, hərbi qulluqçuların peşəkarlığı, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin göstərdikləri şücaət vurğulanıb. Bildirilib ki, xalqımız öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutur, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün örnəkdir.