Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Peşəmdə Heydər Əliyev İrsi” mövzusunda tədbir keçirilib

24.06.2026

İyun 23-də Lerik rayon Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik Korpusunun birgə təşkilatçılığı ilə “Peşəmdə Heydər Əliyev İrsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə xalçaçılıq, dərzilik və digər peşə sahələri üzrə nümayiş olunan nümunələr iştirakçıların marağına səbəb olub. Tədbir çərçivəsində çıxışlar dinlənilib, Ümummilli Lider Heydər Əliyevin gənclərin peşə təhsilinə, əmək tərbiyəsinə və ixtisaslı kadr hazırlığına verdiyi önəmdən bəhs olunub. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər və təhsil siyasəti bu gün uğurla davam etdirilir, peşə təhsilinin inkişafı isə gənclərin məşğulluğunun artırılmasında və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, peşə təhsilinin inkişafında Heydər Əliyevin xidmətləri, bu sahəyə göstərilən dövlət qayğısı və yaradılan imkanlar barədə fikirlər səsləndirilib. Sonda fəal iştirak edən tələbələr və təşkilatçılar Lerik rayon Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri ilə təltif olunublar. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.