Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib

16.07.2026

İyulun 15-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan memarlıq irsinin görkəmli nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri mədəniyyət mərkəzinin direktor v.m.i.e. Xalid Məmmədov açaraq Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq sənətinin inkişafındakı müstəsna xidmətlərindən, milli memarlıq məktəbinin formalaşması və zənginləşməsinə verdiyi mühüm töhfələrdən danışıb. O bildirib ki, görkəmli memarın zəngin yaradıcılıq irsi xalqımızın milli-mədəni dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Onun müəllifi olduğu memarlıq abidələri bu gün də tarixi, elmi və bədii əhəmiyyətini qoruyub saxlayır. Daha sonra mövzu ilə bağlı digər çıxışlar dinlənilib. Çıxışlarda Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı, Azərbaycan memarlıq sənətinin inkişafındakı rolu, zəngin memarlıq irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, onun yaratdığı nadir memarlıq nümunələri milli mədəniyyətimizin ən qiymətli incilərindən olmaqla yanaşı, dünya memarlıq irsində də özünəməxsus yer tutur. Tədbirin sonunda Əcəmi Naxçıvaninin zəngin yaradıcılıq irsi ətrafında fikir mübadiləsi aparılıb, onun memarlıq irsinin öyrənilməsi, qorunması və geniş təbliğinin vacibliyi bir daha vurğulanıb.