Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 fevral Gənclər günüdür

02.02.2018

2 fevral 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında  2 fevral Gənclər günü ilə əlaqədar  tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirdi ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral tarixinin respublikamızda rəsmən gənclər günü elan edilməsi gənclərin həyatında yeni səhifə açmışdır. Təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurlu  nəticəsidir ki, bu gün ölkəmizdə yüksək bilik və bacarığı ilə seçilən, mükəmməl təhsilə yiyələnmiş, geniş dünyagörüşünə malik olan yeni nəsil yetişmişdir. Sonra Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Südabə Məmmədova “Gənclər gələcəyimizdir” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, hal-hazırda gənclərin hərtərəfli inkişafına, onların cəmiyyət həyatında öz layiqli yerini tutmalarına dəstək məqsədilə  çoxsaylı proqramlar icra edilir, gənclərin mühüm mövqelərdə irəli çəkilməsinə, dövlət idarəetməsi sistemində geniş təmsil olunmalarına  lazımi şərait yaradılır.