Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncliyin səsi”

03.02.2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Gəncliyin səsi” adlı festival layihəsi çərçivəsində 2018-ci il fevralın 3-də Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gənc rejissorların Masallı ictimaiyyətinin bir qrupu ilə Masallı Asan Həyat Kompleksində görüşü keçirildi. İştirakçılar  “Asan Həyat”ın İncəsənət Məktəbində gənc rəssamların əl işlərindən ibarət  sərgi ilə tanış oldular. Buradakı əməkdaşlarla söhbətlər apardılar. Daha sonra Kinoklubda  rejissorlar Ruslan Hüseynov və Pərviz Həsənovun “Debüt” studiyasında istehsal olunan “Usta Yusifin kamançası” və “Ayaqqabı əməliyyatı” adlı qısametrajlı filmləri nümayiş edildi. Filmə baxdıqdan sonra Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin  rəisi Lətifə  Mövsümova filmin rejissorlarını tamaşaçılara təqdim edib onları film haqqında müzakirəyə dəvət etdi. Tədbir maraqlı diskussiya şəraitində keçdi.