Rayonun dövlət və şəxsi müəssisələri haqqında məlumat.
Astara rayonunda rəsmi qeydiyyata alınan 423 müxtəlif müəssisədən 69-u dövlət və 354-ü xüsusi müəssisə sayılır. Rayonda 3 çay fabriki vardır. Onlardan 2-si fəaliyyət göstərir. Rayonda Gömrük keçid məntəqəsi, Gömrük idarəsi, yük daşımaları ilə məşğul olan 4 nəqliyyat müəssisəsi, yanacaq anbarı, dəmir yol stansiyası, yol idarəsi, Xətti və Qaz İstismarı idarələri, elektrik şəbəkəsi, Astara elektrik stansiyası, Qaz kompressor stansiyası, telekommunikasiya qovşağı, suvarma sistemləri idarəsi, kərpic, asfalt, çınqıl və başqa müəssisələr vardır.
Kənd təsərrüfatı
Astara rayonu zəngin və əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biridir. Rayonun ərazisi 61 min 643 hektar olmaqla, 17 min 564 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi, 7684 ha əkinə yararlı torpaq sahəsi, 4052 ha sahədə çoxillik əkmələrdir. Rayonda kənd təsərrüfatının əsasını çayçılıq, tərəvəzçilik, sitrusçuluq, dənli-paxlalı bitkilər, taxılçılıq, heyvandarlıq, arıçılıq, balıqçılıq və digər kənd təsərrüfatı sahələri təşkil edir. Kəndli (fermer) və fərdi təsərrüfatları tərəvəzçilik, sitrusçuluq, çayçılıq, kartofçuluq, çəltikçilik, heyvandarlıq, taxılçılıq və başqa sahələrlə məşğul olurlar. Rayonda hazırda 71 kəndli (fermer) təsərrüfatı vardır. Onlardan 18-i çayçılıq, 29-u bitkiçilik, 18-i heyvandarlıq və 6-ı meyvəçilik üzrə ixtisaslaşmışdır.
Rayonda yetişdirilən əsas kənd təsərrüfatı bitkilərinin adları
1.Çay
2.Naringi
3.Limon
4.Portağal
5.Feyxoa
6.Kivi
7.Kinkan
8.Pomidor
9.Kələm
10.Xiyar
11.Çəltik
12.Kartof
Sosial-iqtisadi inkişaf
Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir.
Azərbaycanda istifadə olunun sitrus meyvələrinin çoxunu Astara rayonu verir.
Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır.
Sosial-iqtisadi inkişaf
Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir.
Azərbaycanda istifadə olunun sitrus meyvələrinin çoxunu Astara rayonu verir.
Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Ümumi məhsul buraxılışının həcmi 2003-cü il ilə müqayisədə 2012-ci ildə 3,3 dəfə artaraq 89,3 mln manata, kənd təsərrüfatı məhsulunun həcmi 2,5 dəfə artaraq 46,2 mln manata, sənaye məhsulunun həcmi 18,3 dəfə artaraq 9,1 mln manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə artaraq 11 mln manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 15 dəfə artaraq 7,6 mln manat təşkil etmişdir;
2012-ci ilin 9 ayında ümumi məhsul buraxılışının həcmi 89,3 mln manat olmuş, 9,1 mln manat sənaye məhsulu, 46,2 mln manat kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Əhaliyə 387,9 min manat rabitə, 209,9 min manat nəqliyyat xidməti göstərilmişdir. Rayon üzrə 7,6 mln manat tikinti-quraşdırma işləri görülmüşdür;
- Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2007-2010-cu illərdə ayrılmış 2,0 mln manat vəsait hesabına Heydər Əliyev prospekti və şəhərin iki küçəsi əsaslı təmir edilmiş və müasir işıqlandırma sistemi quraşdırılmışdır;
-Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2010-cu il tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 3,5 mln manat vəsait hesabına ümumi uzunluğu 19 km olan Astara-Bala Şahağac avtomobil yolu əsaslı təmir olunmuşdur;
-Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan 2,0 mln manat vəsait ayrılmışdır.
-Bundan 1 mln manat rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və yenidən qurulmasına;
-570 min manat Kijəbə qəsəbəsində ümumi uzunluğu 10 km olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yollarının əsaslı təmiri və asfaltlaşdırılmasına;
Əlavə olaraq rayonun 2011-ci il üçün yerli xərclərində nəzərdə tutulmuş vəsaitdən 178 min manatı bu yolların əsaslı təmirinin başa çatdırılmasına sərf olunmuşdur.
-430 min manat isə şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işlərinin aparılmasına, müasir işıqlandırma sisteminin quraşdırılmasına sərf edilmişdir.
-Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 1,5 mln manat vəsait rayon mərkəzi xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinin başa çatdırılması və tibb avadanlığı ilə təchiz olunması üçün sərf olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 2 mln manat vəsait hesabına Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkı genişləndirilərək yeni fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş, parkın ətrafında olan inzibati bina və kommersiya obyektləri əsaslı təmir olunmuşdur. Rayonun Telman kəndi ərazisindəki giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmış, Astara şəhərinin dənizkənarı hissəsində 1 km və Telman kəndində 1 km yol asfaltlaşdırılmışdır. Şəhərin Heydər Əliyev prospekti, S.Vurğun və Azərbaycan küçələrində 15 çoxmərtəbəli ictimai yaşayış binanın fasad hissəsi və dam örtükləri dəyişdirilmiş, zirzəmilərindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri yenisi ilə əvəz edilmişdir.
- Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edilmiş, Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və abidəsi ucaldılmışdır;
- Ərçivan-İstisu avtomobil yolunun 9 km məsafəsi, Siyaku-Şağlazüzə avtomobil yolunun 2 km məsafəsi əsaslı təmir olunaraq asfaltlaşdırılmışdır;
- Modul tipli Elektrik Stansiyası istifadəyə verilmiş, Qaz Kompressor Stansiyası genişləndirilərək gündəlik gücü 5 mln kub metrə çatdırılmış, Astara Gömrük İdarəsinin inzibati binası və Gömrük keçid məntəqəsi yenidən qurulmuş, Yük terminalı və Rüsumsuz ticarət mərkəzi tikilmişdir;
- Astara şəhərində və Kijəbə qəsəbəsində Dövlət Bayrağı Meydanları salınmış, Gənclər evi inşa edilmiş, rayon İcra hakimiyyətinin inzibati binası və rayon mədəniyyət evi əsaslı təmir edilmiş, əlil və şəhid ailələri üçün 32 və 16 mənzilli 2 yaşayış binası, 18 poçt şöbəsi və 4 feldşer-mama məntəqəsi tikilmişdir;
-Astara şəhərində 2500 tonluq və Siyaku kəndində 350 tonluq sitrus meyvələrinin saxlanması üçün soyuducu kameraları, 3000 tonluq taxıl anbarı tikilmiş, çınqıl və asfalt zavodları yaradılmışdır;
- Turizmin inkişafı məqsədi ilə 50 yerlik, 4 ulduzlu "Şindan" mehmanxanası, Uşaq Əyləncə Mərkəzi, "Abşeron" və "Relax" istirahət mərkəzləri inşa edilmişdir;
- YAP Astara rayon təşkilatı üçün müasir memarlıq üslubunda hazırlanmış layihə əsasında 2 mərtəbəli inzibati binanın tikintisi başa çatdırılmış, Heydər Əliyev parkı yeni dizaynda genişləndirilmişdir;
-Azərbaycan küçəsi 22 sayı ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilmişdir;
-Şəhərin Heydər Əliyev prospektində Vergilər Nazirliyinin sifarişi ilə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatdırılmışdır.
-Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılmış, Mərkəzi Xəstəxana yenidən qurulub müasir tələblər səviyyəsində tikilib istifadəyə verilmiş, yeni avadanlıqlarla təchiz edilmiş, həyətində gözəl park və istirahət guşəsinin salınmışdır, poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir.
Rayonun Siyatük, Şuvaş kənddlərinə təbii qazın verilməsi təmin edilmiş Şuvi, Sərək, Deqədi, Züngüləş, Səlivə, Vəznəş, Şahağac və Siyəkəran kəndlərinə təbii qazın çəkilişi davam etdirilir. Astara şəhəri, Kijəbə qəsəbəsi, Ərçivan, Təngərüd kəndlərində köhnə qaz boru xətləri yenisi ilə əvəz edilmişdir. Rayon mərkəzi və 29 yaşayış məntəqəsi təbii qazla təchiz edilmişdir; Qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 1058 evə qaz xətti çəkilmiş, bunlardan 288-i yeni evlərdir.
Rayon ərazisində ümumilikdə 29500 p/m xırda və iri həcmli su kanalları təmir edilərək işlək vəziyyətə gətirilmiş, Lovayın su anbarının əsaslı təmiri, Astara və Pensər çaylarında sahilbərkitmə işləri davam etdirilir.
-4020 şagird yerlik 22 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 1720 şagird yerlik 5 məktəb inşa edilmiş və 600 şagird yerlik Kakalos kənd 1 saylı orta məktəbi əsaslı təmir olunmuşdur. 2920 şagird yerlik 11 məktəb binasında yenidənqurma işləri aparılmışdır;
- Astara şəhər 2 №-li uşaq bağçasının və 360 şagird yerlik Astara şəhər 7 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, 220 şagird yerlik Suparibağ kənd tam orta, 180 şagird yerlik Rudəkənar kənd ümumi orta, 480 şagird yerlik Şuvi, 360 şagird yerlik Siyaku, 220 şagird yerlik Şağlazüzə, 360 şagird yerlik Vaqo, 220 şagird yerlik Telman, 360 şagird yerlik Hamoşam, 220 şagird yerlik Əsxənəkəran, 220 şagird yerlik Motlayataq kənd tam orta məktəblərinin tikintisi davam edir.
2004-cü ildən 2012-ci ilin 9 ayına qədər olan dövrdə rayonda 5282 iş yeri açılmışdır ki, onun da 4967 daimi iş yeridir. 9 ayda 391 daimi iş yeri açılmışdır.