Astara rayonunda 63 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Ümumtəhsil məktəblərindən 45-i tam orta, 9-u ümumi orta, 9-u ibtidai məktəbdir. Rayon üzrə 16663 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1942 müəllim məşğul olur, onlardan 941 nəfəri ali, 1001 nəfəri isə orta ixtisas təhsillidir.
2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini 1014 məzun bitirmiş, onlardan 410 nəfəri ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmiş, 182 nəfəri, o cümlədən 69 qız müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Rayonun məzunlarından 26 nəfəri 500-dən, 7 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Astara rayonu Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin 2006-2007-ci il məzunu Rzayev Ravil Fəraim oğlu 682 balla, şəhər 5 saylı tam orta məktəbin 2009-2010-cu il məzunu Məmmədov Fərid Elçin oğlu 685 balla, Kijəbə qəsəbə tam orta məktəbin 2013-2014-cü il məzunu Quliyev Fuad Firudin oğlu 681 balla, “Prezident təqaüdü”nə layiq görülmüşdür.
Astara şəhər 3 saylı tam orta məktəbin 2014-2015-ci tədris ilinin IX sinif şagirdi Əhədov Muxtar Ənvər oğlu tarix fənni üzrə olimpiadanın Respublika turunuda III yeri tutataq “Bürünc” medala layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə ənənəvi olaraq məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda keçirilən Respublika inşa müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbin şagirdləri Sabirzadə Sahib Azər oğlu 2012-ci ildə, Hacızadə Rafət Mərasim oğlu isə 2014-cü ildə Respublikada III yeri tutaraq Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırlmışlar.
2015-ci ildə 7-15 yaşlı məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində Astara şəhər 5 saylı tam orta məktəbin şagirdi Baxşızadə Dəniz Ümman oğlu Respublikada I yeri, Yaponiyada isə II yerı tutaraq “Gümüş” medalla təltif olunmuşdur.
2013-2014-cü tədris ilində Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlkilərinin birgə layihəsi əsasında keçirilən “İstedadların hazırlığı laboratoriyası” müsabiqəsində Şəhər 3 saylı tam orta məktəbin məzunu Məmmədova Aytac Möhübbət qızı qalibı olmuş, II yerə layiq görülmüş, “Gümüş” medalla təltif olunmuşdur.
Ötən 11 il ərzində rayonun ümumtəhsil məktəblərinin müəllimlərdən 6 nəfəri “Əməkdar müəllim” adına, 5 nəfərı “Tərəqqi” medalına layiq görülmüşdür. Eyni zamanda 6 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
2003-2015-ci illər ərzində 14200 şagird yerlik 34 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1720 şagird yerlik 5 məktəb binası inşa edilmişdir. 3450 şagird yerlik 6, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 620 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilmişdir.
Ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar:
S/s |
Məzunun adı |
Bitirdiyi məktəbin adı |
Tədris ili |
Yığdığı bal |
---|---|---|---|---|
1 |
Mərufov İlham Malik |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
685 |
2 |
Osmanov Azad Amil |
Tüləküvan kənd tam orta məktəb |
2014-2015 |
675 |
3 |
Şükürzadə Məhəmməd Mirzə |
Ərçivan qəsəbə 2 saylı tam orta məktəb |
2014-2015 |
642 |
4 |
Möhsümova Zülfiyyə İlham |
Ərçivan qəsəbə 4 saylı tam orta məktəb |
2014-2015 |
636 |
5 |
Orucova Rəna Rəfail |
Şəhər 7 saylı tam orta məktəb |
2014-2015 |
625 |
6 |
Rzayev Şamil Tərcüman |
Bala Şahağac kənd tam orta məktəb |
2014-2015 |
617 |
7 |
Babayeva Mətanət Eldar |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
606 |
8 |
Məmmədova Elay Sücəddin |
Pensər kənd 2 saylı tam orta məktəb- lisey |
2014-2015 |
589 |
9 |
Əlizadə Gülüstan Elman |
Pensər kənd 2 saylı tam orta məktəb- lisey |
2014-2015 |
583 |
10 |
İmaməliyev Renad Eldar |
Ərçivan qəsəbə 3 saylı tam orta məktəb |
2014-2015 |
577 |
11 |
Nüsrətzadə Elvin İlqar |
Motlayataq kənd tam orta məktəb |
2014-2015 |
573 |
12 |
Muradov Sabir Arzuman |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
569 |
13 |
Cavanşirzadə Samir Səxavət |
Siyaku kənd tam orta məktəb |
2014-2015 |
565 |
14 |
Qardaşzadə Heyran İman |
Şahağac kənd 1 saylı tam orta məktəb |
2014-2015 |
548 |
15 |
Rəfiyeva Mələk Qorxmaz |
Burzubənd kənd tam orta məktəb |
2014-2015 |
547 |
16 |
Nağdızadə Maya Yaşar |
Şəhər 2 saylı tam orta məktəb |
2014-2015 |
541 |
17 |
Ağazadə Kamalə Söhrab |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
540 |
18 |
Şahbazova Nərgiz Babulla |
Maşxan kənd tam orta məktəb |
2014-2015 |
540 |
19 |
Nemətzadə Turqut Qadir |
Pensər kənd 1 saylı tam orta məktəb |
2014-2015 |
533 |
20 |
Baxşiyev Sevman Vidadi |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
527 |
21 |
Əlizadə Jalə Əliağa |
Şəhər 2 saylı tam orta məktəb |
2014-2015 |
522 |
22 |
Məmmədova Kəmalə Pərviz |
Pensər kənd 2 saylı tam orta məktəb- lisey |
2014-2015 |
521 |
23 |
Eyvazzadə Vahid Mahir |
Şiyəkəran kənd 2 saylı tam orta məktəb |
2014-2015 |
518 |
24 |
Qasımov Elbrus Sərdar |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
511 |
25 |
Muradova Şəhanə Seydəli |
Maşxan kənd tam orta məktəb |
2014-2015 |
502 |
26 |
Şirinbəyov Samir Vaqif |
Kijəbə qəsəbə tam orta məktəb |
2014-2015 |
501 |
Astara rayon ümumtəhsil məktəbləri
S/s |
Məktəbin adı |
Direktor |
Ünvanı |
Əlaqə telefonu |
---|---|---|---|---|
1 |
Şəhər 1 saylı tam orta məktəb |
Əliyeva Xədicə Məmmədəli |
R.Məmmədov küç-21 |
051-458-11-11 |
2 |
Şəhər 2 saylı tam orta məktəb |
Həsənova Maya Əliməmməd |
C.Cabbarlı küçəsi |
050-501-25-41 |
3 |
Şəhər 3 saylı tam orta məktəb |
Məmmədova Rəna Zakir |
H.Əliyev prospekti-74 |
050-532-83-18 |
4 |
Şəhər 4 saylı tam orta məktəb |
Məmmədova Rəna Ağahüseyn |
N.Nərimanov küç.138 |
051-430-58-43 |
5 |
Şəhər 5 saylı tam orta məktəb |
Əhmədova Arzu Firuz |
H.Əliyev prospekti-122 |
050-464-38-89 |
6 |
Şəhər 6 saylı tam orta məktəb |
Məmmədova Xuraman Etibar |
S.Vurğun küç.111 |
051-910-71-42 |
7 |
Şəhər 7 saylı tam orta məktəb |
Səfərov Məbud Hacı |
S.Vurğun küç.238 |
051-923-51-50 |
8 |
Kijəbə qəsəbə tam orta məktəb |
Fətullayev Teymur Sabir |
Kijəbə qəsəbəsi |
050-382-86-75 |
9 |
Artupa kənd tam orta məktəb |
Hüseynov Zaur Eldar |
Artupa kəndi |
050-487-60-61 |
10 |
Səncərədi kənd tam orta məktəb |
Süleymanov Nadir Calal |
Səncərədi kəndi |
22-28-1-86 |
11 |
Suparibağ kənd tam orta məktəb |
Məmmədova Nazənin Nadir |
Suparibağ kəndi |
050-784-35-78 |
12 |
Ərçivan qəsəbə 1 saylı tam orta məktəb |
Əzizov Azad Müzəffər |
Ərçivan qəsəbəsi |
050-322-97-21 |
13 |
Ərçivan qəsəbə 2 saylı tam orta məktəb |
Cahangirov Cahangir Məmmədağa |
Ərçivan qəsəbəsi |
051-326-55-67 |
14 |
Ərçivan qəsəbə 3 saylı tam orta məktəb |
Həmidova Aygün Ərzuman |
Ərçivan qəsəbəsi |
050-381-87-77 |
15 |
Ərçivan qəsəbə 4 saylı tam orta məktəb |
Diyarov Dadaş Oğlan |
Ərçivan qəsəbəsi |
051-795-22-30 |
16 |
Sərək kənd tam orta məktəb |
Ramazanov Tərlan Təbriz |
Sərək kəndi |
050-409-14-42 |
17 |
Şuvi kənd tam orta məktəb |
Şirinov Fəxrəddin Allahverdi |
Şuvi kəndi |
050-421-28-33 |
18 |
Maşxan kənd tam orta məktəb |
Həsənov Bəylər İsrafil |
Maşxan kəndi |
051-494-17-18 |
19 |
Lovayın kənd tam orta məktəb |
Rəsulov Hafis Əsgər |
Lovayın kəndi |
070-657-90-37 |
20 |
Burzubənd kənd tam orta məktəb |
Rəfiyev Turan İmran |
Burzubənd kəndi |
050-566-40-52 |
21 |
Tüləküvan kənd tam orta məktəb |
Ağayev Aslan Əhməd |
Tüləküvan kəndi |
050-529-12-90 |
22 |
Təngərüd kənd tam orta məktəb |
Mahmudov Xaqani Əhəd |
Təngərüd kəndi |
050-626-84-37 |
23 |
Çayoba kənd tam orta məktəb |
Əhmədov Sərraf Zöhrab |
Çayoba kəndi |
050-327-33-66 |
24 |
Pensər kənd 1 saylı tam orta məktəb |
Əliyev Arif Yusif |
Pensər kəndi |
050-581-81-59 |
25 |
Pensər kənd 2 saylı tam orta məktəb-lisey |
Əsədullayev Asif Mirağa |
Pensər kəndi |
050-354-61-22 |
26 |
Şiyəkəran kənd 1 saylı tam orta məktəb |
Heydərov Teymur Təyyar |
Şiyəkəran kəndi |
050-635-79-24 |
27 |
Şiyəkəran kənd 2 saylı tam orta məktəb |
Dadaşova Xalidə Mirağa |
Şiyəkəran kəndi |
050-542-85-22 |
28 |
Şahağac kənd 1 saylı tam orta məktəb |
Abdullayev Famil Səadət |
Şahağac kəndi |
050-620-46-42 |
29 |
Şahağac kənd 2 saylı tam orta məktəb |
Mürsəlov Sakit Mirzərəhim |
Şahağac kəndi |
051-529-47-77 |
30 |
Kakalos kənd 1 saylı tam orta məktəb |
Rzayeva Arzu Abuzər |
Kakalos kəndi |
055-565-46-98 |
31 |
Kakalos kənd 2 saylı tam orta məktəb |
Əhmədov Həsrət Bahadır |
Kakalos kəndi |
050-747-47-25 |
32 |
Bala Şahağac kənd tam orta məktəb |
Əliyev Hicran Mütəllim |
Bala Şahağac kəndi |
050-364-88-23 |
33 |
Vaqo kənd tam orta məktəb |
Hüseynov Cabir Ağamoğlan |
Vaqo kəndi |
055-673-51-00 |
34 |
Siyaku kənd tam orta məktəb |
Muradov Hikmət Həmzağa |
Siyaku kəndi |
050-518-32-72 |
35 |
Şağlazüzə kənd tam orta məktəb |
Quliyev Əhmədşah Rəfi |
Şağlazüzə kəndi |
050-366-39-40 |
36 |
Rinə kənd tam orta məktəb |
Kəkəyev Fikrət Əlif |
Rinə kəndi |
050-677-38-86 |
37 |
Miki kənd tam orta məktəb |
Hüseynov Xanağa Seyidağa |
Miki kəndi |
050-327-68-82 |
38 |
Motlayataq kənd tam orta məktəb |
Muradov Mehman Nafe |
Motlayataq kəndi |
050-450-43-50 |
39 |
Asxanakəran kənd tam orta məktəb |
Hacıyev Əlican Xudaş |
Asxanakəran kəndi |
051-814-34-66 |
40 |
Hamoşam kənd tam orta məktəb |
Abdulov Asəf Abdulrəhim |
Hamoşam kəndi |
050-614-29-53 |
41 |
Toradi kənd tam orta məktəb |
Əliyev Fizuli Fəxrəddin |
Toradi kəndi |
050-411-17-70 |
42 |
Sipiyəpart kənd tam orta məktəb |
Nəcəfov Ağakişi Kərim |
Sipiyəpart kəndi |
050-328-31-88 |
43 |
Şümrüd kənd tam orta məktəb |
Dadaşov Şamxal Məmmədhüseyn |
Şümrüd kəndi |
055-896-42-31 |
44 |
Pəlikəş kənd tam orta məktəb |
Eyvazov Nadir Xalid |
Pəlikəş kəndi |
050-562-46-88 |
45 |
Sım kənd tam orta məktəb |
Xalıqov Nəbi Böyükağa |
Sım kəndi |
050-579-13-55 |
Ümumi orta məktəblər |
||||
1 |
Rudəkənar kənd ümumi orta məktəb |
Ağayeva Rəvanə Dünyamalı |
Rudəkənar kəndi |
050-541-04-37 |
2 |
Seləkəran kənd ümumi orta məktəb |
Teymurzadə Səfərəli Teymur |
Seləkəran kəndi |
050-344-86-43 |
3 |
Qapıçıməhəllə kənd ümumi orta məktəb |
Quliyev Elnur Rafiq |
Qapıçıməhəllə kəndi |
050-397-17-64 |
4 |
Alaşa kənd ümumi orta məktəb |
Ağayev Vaqif Şirzad |
Alaşa kəndi |
050-713-70-23 |
5 |
Deqədi kənd ümumi orta məktəb |
Məmmədov Mehti Sovqat |
Deqədi kəndi |
050-333-66-07 |
6 |
Züngüləş kənd ümumi orta məktəb |
Mustafayev Rövşən Məmmədağa |
Züngüləş kəndi |
050-524-24-08 |
7 |
Ovala kənd ümumi orta məktəb |
Baxşıyev Etibar Ayaz |
Ovala kəndi |
051-507-71-11 |
8 |
Marzəsə kənd ümumi orta məktəb |
İskəndərov Akif Möhübbət |
Marzəsə kəndi |
050-563-30-70 |
9 |
Qəcimardə kənd ümumi orta məktəb |
Baxşıyev İlyas Həyat |
Qəcimardə kəndi |
050-348-73-67 |
İbtidai məktəblər |
||||
1 |
Siyatük kənd ibtidai məktəb |
Əhmədov Aqil Aydın |
Siyatük kəndi |
050-485-70-80 |
2 |
Vovada kənd ibtidai məktəb |
Əliyev Yaqub Hacı |
Vovada kəndi |
050-350-17-65 |
3 |
Şəmətük kənd ibtidai məktəb |
Məmmədov Əfqan Ağabəy |
Şəmətük kəndi |
050-583-30-80 |
4 |
Xıçəso kənd ibtidai məktəb |
Məmmədov Əfrasiyab Uveys |
Xıçaso kəndi |
050-347-39-72 |
5 |
Şəvqo kənd ibtidai məktəb |
Allahverdiyev Rizvan Nizam |
Şəvqo kəndi |
050-716-27-63 |
6 |
Doli kənd ibtidai məktəb |
Eyvazov Fərman Xalid |
Doli kəndi |
050-591-08-28 |
7 |
Lomin kənd ibtidai məktəb |
Rüstəmov Amin Nəcəfəli |
Lomin kəndi |
050-792-04-14 |
8 |
Anboba kənd ibtidai məktəb |
Nəcəfov Ziabəddin Məmməd |
Anboba kəndi |
050-774-36-75 |
9 |
Əzərüd kənd ibtidai məktəb |
Teymurov Teyfur Əbdülhüsen |
Əzərüd kəndi |
051-448-28-27 |
Heydər Əliyev Fondu tərəfindən tikilmiş məktəblər
№ |
Məktəbin adı |
Tutumu |
Təhvil verilən il |
1 |
Təngərüd kənd tam orta (1-ci korpus) |
240 |
2005 |
2 |
Təngərüd kənd tam otrta (2-ci korpus) |
520 |
2006 |
3 |
Sipiyəpard kənd tam orta |
200 |
2005 |
4 |
Ovala kənd ümumi orta |
120 |
2005 |
5 |
Deqədi kınd ümumi orta |
240 |
2006 |
6 |
Şəhər 4 saylı tam orta |
400 |
2008 |
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
Astara rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 1977-ci ildə Gənc Təbiətçilər Stansiyası adı ilə fəaliyyətə başlamışdır. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi fəaliyyətini məktəbdənkənar müəssisələr haqqında nümunəvi əsasnaməyə, Ekologiya sahəsində qəbul edilmiş Dövlət proqramları və digər hüquqi sənədlər əsasında qurmuşdur. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi rayonun Maşxan kənd tam orta məktəbində yerləşir. Mərkəzə 2011-ci ildən ali təhsilli, kimya müəllimi Mirzəyeva Şəmsiyyə Müzəffər qızı rəhbərlik edir. Ştat vahidinə uyğun mərkəzdə bir nəfər metodist və bir nəfər xadimə işləyir. Mərkəzdə 8 adda dərnəyin 10 qrupunda, hər qrupda 16 nəfər olmaqla 160 nəfər şagirdlə 12 nəfər pedaqoji işçi çalışır. Pedaqoji işçilərdən 7 nəfəri ali, 5 nəfəri isə orta-ixtisas təhsillidir. Mərkəzdə keçirilən dərnək məşğələlərinə rayonun ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri cəlb edilmişdir. Mərkəzin əsas vəzifəsi dərnəklərə cəlb edilmiş şagirdlərin təbiəti öyrənməyə marağını artırmaq, inkişaf etdirmək, ekoloji biliklərə yiyələndirmək və təcrübəçilik vərdişlərinə alışdırmaqla yanaşı asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Mərkəzin yetirmələri Zona və Respublika tədbirlərində fəal iştirak edirlər.
Texniki Yaradıcılıq Mərkəzi
Astara rayon Texniki Yaradıcılıq Mərkəzi 1984-cü ildə Gənc Texniklər Stansiyası adı ilə fəaliyyətə başlamışdır. Hazırda müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.1994-cü il tarixli 334 saylı qərarı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Mərkəz Astara rayonun Pensər kəndində yerləşir. Hazırda TYM-də 12 nominasiya üzrə 15 dərnək fəaliyyət göstərir:
1. Əyləncəli fizika
2. İnformatika
3. İnformatika və proqramlaşdırma
4. Radiotexnika
5. Təyyarə modelçiliyi
6. Gəmi modelçiliyi
7. Avtomodelçilik
8. Gənc konstruktur
9. Kimya texnologiyası
10. Gənc dizzayner
11. Bacarıqlı əllər
12. İbtidai texniki modelləşdirmə
Mərkəzdə 14 nəfər dərnək rəhbəri və bir nəfər metodist çalışır. Dərnək rəhbərlərindən 13 nəfəri ali təhsilli, 2 nəfəri isə orta-ixtisas təhsillidir. Mərkəzə 1996-cı ildən ali təhsilli fizika müəllimi Məmmədov Hatəmağa Muxtar oğlu rəhbərlik edir. 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Mərkəzin dərnəkləri rayonun 12 tam orta məktəbində fəaliyyət göstərir və dərnəklərdə 234 nəfər şagird texniki yaradıcılığın ayrı-ayrı növləri ilə məşğul olur. Mərkəzin dərnək üzvlərinin əl işləri 2001-ci ildən başlayaraq müntəzəm keçirilən Zona və Respublika baxış müsabiqələrində müvəffəqiyyətlə nümayiş olunaraq diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Xüsusi mükafatlara layiq görülənlər
N |
Soyadı, adı, atasının adı |
Vəzifəsi |
Təltif edilmişdi (tarix, medal) |
1 |
Məmmədova Qızbəs Məmməd qızı |
RTŞ müdiri |
“Tərəqqi “ medalı 2010-cu il |
2 |
Məmmədov Səfərəli Meybulla oğlu |
Məsləhətçi |
“Tərəqqi “ medalı 2009-cu il |
3 |
Əliyev Arif Məmməd oğlu |
Müəllim |
“Tərəqqi “ medalı 2013 -cu il |
4 |
Fətullayev Teymur Sabir oğlu |
Direktor |
“Tərəqqi “ medalı 2014 -cu il |
5 |
Həbibov Həbib İzzət oğlu |
Hərbi rəhbər |
“Tərəqqi “ medalı 2014 -cu il |
6 nəfəri “Əməkdar müəllim” adına. Eyni zamanda 6 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.