31.07.2024
Masallı rayon Mərkəzi Kitabxanasında 30 iyul-İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən Ağahüseyn Hüseyni bildirib ki,BMT Baş Assambleyasının 2013-cü dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir.Məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması,beynəlxalq ictimaiyyətin diqqətinin insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsidir.
Sonra kitabxananın əməkdaşı Həbibə Hüseynova məruzəsində ölkəmizdə insan alverinə qarşı mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinə toxunub.O, çıxışında vurğulayıb ki,BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ictimaiyyəti insan alveri ilə bağlı məlumatlandırmaq məqsədilə təbliğat kompaniyası aparıb.Qeyd olunub ki, kampaniya çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin sosial media səhifələrində, paytaxt küçələrində, metro stansiyalarında yerləşdirilən Azərbaycan və ingilis dillərində hazırlanmış təbliğat materiallarının əsas məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alverinin qurbanı olmasının qarşısını almaq və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yardım telefonunu təbliğ etməklə insanları bu hallarla üzləşdikdə xüsusi hüquq-mühafizə qurumuna dərhal müraciət etməyə təşviq etmək olmuşdur.