Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Konstitusiya və Suverenlik ili” mövzusunda dəyirmi masa keçirilib

13.01.2025

Yanvarın 13-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.

Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktor əvəzi Mehman Xanızadə tədbiri açaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024- cü il tarixli sərəncamı və görüləcək işlər haqqında məlumat verib.

Sonra şöbə müdiri Vasif Abdulov mövzu ilə bağlı geniş məruzə edib.

Yekunda kitabxananın əməkdaşları Dərgah Mirzəyev, Rizvan Adışov mövzu ilə bağlı fikirlərini bildiriblər.