23.01.2025
Yanvarın 23-də Masallı rayon Öncəqala kənd filialının təşkilatçılığı ilə Ətrafil Məmmədov adına Öncəqala kənd orta məktəbində yerləşən icma əsaslı məktəbəqədər təhsil qrupunda "Nağıl saatı" təşkil olunub.
Filial müdiri Fidan Məmmədovanın təqdimatında oxunan nağılları azyaşlılar böyük həvəslə dinləyiblər. Uşaqların mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu olan tədbirdə balacaların nağıl qəhrəmanları haqqında suallarına cavab verilib.