14.02.2025
Masallı rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 32-ci ildönümü ilə bağlı “Müdrik Azərbaycan qadını” mövzusunda konfrans keçirilib
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan qadını öz zəkası,müdrikliyi,sədaqəti,qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutub.Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsiə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Daha sonra YAP Masallı rayon təşkilatının qadınlar üzrə koordinatoru Səbinə Səlimova ,Boradigah 2 saylı tam orta məktəbin direktoru Məhbubə Şahbazova,Yeni Azərbaycan Partiyası fəalı Gülyanaq Ağayeva və Böyük Xocavar tam orta məktəbinin müəllimi Həlimə Məlikova çıxış edərək qeyd ediblər ki, Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq,mədəni,dini,milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir.
Tədbirin sonunda 14 fevral “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzinə “Heydər Əliyev və mədəniyyət”adlı kitab hədiyyə edilib.