Qılıncov Bəxtiyar Vaqif oğlu
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi
Rəis
Bəxtiyar Vaqif oğlu Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. Əvvəlcə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun bakalavr, sonra isə Bakı Dövlət Universitetinin magistr pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə 1999 – 2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici turizm şurasında statistik üzrə mütəxəssis vəzifəsi ilə başlayıb. Sonra 2001 – 2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində baş məsləhətçi, 2006 – 2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2018-ci ildən 2021-ci il aprelin 21-dək Mədəniyyət Nazirliyinin Regional siyasət söbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Mədəniyyət Nazirliyinin 2021-ci il 21 aprel tarixli müvafiq əmrinə əsasən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki övladı var.
Telefon: (025 21) 5-31-43
E-poçt: masalli@mct.gov.az
Qəbul günləri: Cərşənbə axşamı saat 10:00-11:00, Cümə saat 16:00-18:00