Əliyev Ayaz Ağaxan oğlu
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (Yardımlı rayonu üzrə)
Əliyev Ayaz Ağaxan oğlu 02 noyabr 1958-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.1980-ci ildə Azərbaycan Dövlət Universitetində (İndiki BDU), 1991-ci ildə isə Saratov Sosial Siyasət İnistitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir 3 övladı var. YAP Yardımlı rayon təşkilatı siyasi şurasının üzvüdür.1980-ci ildə Yardımlı rayon Mədəniyyət şöbəsində MKS-nin direktor müavini kimi çalışmış,1983-1985-ci illərdə Yardımlı rayon Komsomol Komitəsinin II katibi, 1985-1989-cu illərdə Yardımlı rayon partiya komitəsində təlimatçı vəzifələrində işləmiş,1992-2005-ci illərdə Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləmişdir.2006 cı ildən 2017-ci ilədək Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal hazırda Yardımlı rayonu üzrə baş məsləhətçi vəzifəsində çalışır.